Avropa
Le Pen də Ukrayna ilə bağlı vəd verdi: Prezident seçilsəm...
“Milli Birlik” Partiyasının lideri və Fransa prezidentliyinə namizəd Marin Le Pen Ukraynadakı münaqişənin üç mümkün nəticəsini açıqlayaraq, onların qarşısını almağı təklif edib.
Publika.az xəbər verir ki, siyasətçi bəyanatı “X” sosial media platformasında yayımlayıb.
"Ukrayna üçün yalnız üç mümkün nəticə var: ya NATO müharibəyə başlayacaq və bu, III Dünya Müharibəsinə çevriləcək, ya da münaqişə illərlə uzanacaq, ya da bütün ölkələr nəticələri başa düşəcəklər", - deyə o yazıb.
Le Pen ölkə prezidenti olacağı təqdirdə "hamı ilə danışacağını" vurğulayıb.
Fransada prezident seçkiləri 18 aprel 2027-ci il tarixinə planlaşdırılıb. Le Pen qarşıdan gələn seçki kampaniyasının öncüllərindən biri hesab olunur. Hazırkı prezident Emmanuel Makron ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə bilməyəcək.
Müəllif: Tural
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi






.jpg)




























