Dünya
Hollandiya "Patriot"ları Türkiyədən geri qaytarır
Hollandiya hökuməti Türkiyəyə göndərdiyi “Patriot”
raketlərinin vəzifə müddətinin uzatmamaq qərarı alıb.
Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, mövzuyla
əlaqədar Nümayəndələr Palatasına məlumat verən hökumət, “Patriot”
sistemlərinin vəzifə müddətinin bitəcəyi 2015 yanvar ayının sonunda
Hollandiyaya geri qaytarılacağı qərarını verib.
Yayılan xəbərdə bildirilir ki, Hollandiya Baş qərargah sədri
NATO-nu alınan qərarla əlaqədar məlumatlandırıb.
Qeud olunub ki, davamlı istifadə olunan müdafiə sisteminin böyük
bir baxıma ehtiyacı var və bu isə ancaq Hollandiyada mümkündür.
Suriyadan Türkiyəyə istiqamətli hücum təhlükəsinin tamamilə
bitmədiyini diqqətə çatdıran hökumət, bu çərçivədə NATO-nun
Türkiyəni qoruma səylərinin dəstəklənməyə davam edəcəyini
bildirib.
Xatırladaq ki, Hollandiyaya aid “Patriot” hava müdafiə sistemi 26
Yanvar 2013 tarixində Adanada yerləşdirilib. İlkin mərhələdə bir
illik göndərilən müdafiə sistemi və 250 əsgərdən ibarət birliyin
vəzifə müddəti, Türkiyənin tələbi ilə keçən il noyabrda Hollandiya
tərəfindən daha bir il uzadılmışdı.
Qeyd edək ki, Hollandiya daha əvvəl birinci və ikinci körfəz
döyüşlərinin yaşandığı 1991 və 2003 illərində də Türkiyəyə
“Patriot” mərmiləri göndərmişdi.
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"