Rusiya nümayəndə heyəti Belarusa getdi
Bizi izləyin

Dünya

Rusiya nümayəndə heyəti Belarusa getdi

Ukrayna və Rusiya nümayəndə heyətləri artıq danışıqların üçüncü raunduna yollanır.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Rusiya nümayəndə heyəti artıq Belarusa gedib.

Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.

Danışıqların bu gün Kiyev vaxtı ilə 15:00-da (Bakı vaxtı ilə 17:00) başlaması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm