Dünya
Donetskdə ukraynalı qadını döyənlər axtarılır (FOTO)
Ukrayna Daxili İşlər Nazirliyi Donetskdə Ukrayna
simvolikasıyla olan qadını döyən insanları cinayət məsuliyyətinə
cəlb etmək niyyətindədir.
Publika.az-ın TSN-ə istinadən məlumatına görə, bu haqda sosial
şəbəkədə öz səhifəsində daxili işlər nazirinin məsləhətçisi Anton
Qeraşenko yazıb.
"Donetskdə qadın vətənpərvəri döyən bütün alçaqları və yaramazları
biz tapacaq və cəzalandıracağıq. Uyğun olan göstərişlər cinayət
axtarışının departamentinə verilib. Bütün laqeyd olmayan
vətəndaşlardan Ukrayna vətənpərvərini döyənləri tapmaq üçün kömək
etməyi xahiş edirik", – deyə Daxili İşlər Nazirliyinin başçısının
məsləhətçisi yazıb.
Anton Qeraşenkonun fikrincə, Ukrayna cəmiyyətinin Donetsk
sakinlərinə ukraynalıların nifrətini yaratmaq üçün belə kadrlar
şəbəkəyə xüsusi olaraq buraxılır.
"Putin hərbi əsirlərin paradından kadrlarla və Donetskin mərkəzi
küçəsində Ukrayna bayraqlarının tapdalanması ilə Ukraynanı
müvəffəqiyyətlə bölməyə davam edir", - məsləhətçi vurğulayıb.
"Heç bir cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni
cinayətləri doğurur. Amma bu halda yalnız cinayət edəni ittiham
etmək lazımdır, Donetskin bütün sakinlərinə bu şamil olunmur ", -
Anton Qeraşenko qeyd edib.
Həmçinin o, Ukrayna vətənpərvərini döyənlərin kimliyi barədə
informasiyası olan bütün şəxsləri köməyə çağırıb.
Qeyd edək ki, Donetskdə terrorçular Ukrayna bayrağıyla qadını
sütuna bağlayıb əlində "O bizim uşaqlarımızı öldürür. Cəza
verənlərin agenti” yazılı lövhəciyi saxlamağa məcbur ediblər".
Şahidlərin sözlərinə görə, yoldan keçənlər qadını vurur və ona
pomidor atıblar.
-
Cənubi Qafqaz16:23
Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
-
Sosial16:06
Zakir Həsənov onu rəis təyin etdi
-
Sosial15:35
Qazaxın dörd kəndində Azərbaycan bayrağı ucaldıldı - VİDEO
-
Sosial14:56
Rusiya məhdudiyyət qoydu: Azərbaycanda şəkər bahalaşacaq?
-
Kriminal14:41
Əri evdə olmayan qadın yad kişilər gətirdi, içki məclisi qurdu, sonda isə... - Şok təfərrüat
-
ABŞ14:16
Trampdan Putinlə bağlı yeni mesaj: İstəsəniz də, istəməsəniz də...
-
Rəsmi xronika13:39
Milli Məclis Prezident və xanımını təbrik etdi
-
MDB13:26
Baş komandandan Putinlə bağlı ŞOK ETİRAF