Ankaradan İrəvana Bakı ilə bağlı qəti şərt: Dünən Türkiyə ilə sərhəddə nə baş verib? - FOTO
Bizi izləyin

Region

Ankaradan İrəvana Bakı ilə bağlı qəti şərt: Dünən Türkiyə ilə sərhəddə nə baş verib? - FOTO

Dünən Türkiyə-Ermənistan sərhədində diqqətçəkən hadisə yaşanıb. Ermənistanın dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan Avropa İttifaqının İrəvandakı səfiri Vasilis Maraqosu Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsinə aparıb. Badasyanla avropalı səfir sərhəd-keçid məntəqəsini ziyarət edib, xidmət zalından tutmuş yüklərin qeydiyyatına qədər hər şeylə detallı şəkildə tanış olublar.

Publika.az
xəbər verir ki, bu səfər Türkiyə və Ermənistan sərhədinin açılmasına hazırlığın getdiyi haqda gözləntilər yaradıb. Ankara İrəvanla münasibətlərin normallaşmasından yanadır, lakin bunun üçün Azərbaycanla sülh sazişinin imzalanmasını əsas şərt kimi irəli sürür. Bu kontekstdə Badasyan və Maraqosun sərhədi – keçid məntəqəsini ziyarət etməsi şübhələr yaratdı.

“Hraparak” nəşri yazır ki, Türkiyə və Ermənistan sərhədi bağlı olaraq qalır.

“Türkiyə Ermənistanın qarşısına Azərbaycanın bütün tələblərini yerinə yetirməklə bağlı tələb qoyub. Əks təqdirdə sərhəd açılmayacaq. Lakin Ermənistan sərhəd açılmasa da, yükləri qəbul etməyə hazırdır. Badasyanla Aİ səfirinin sərhəd-keçid məntəqəsini ziyarət etməsi də bunu deməyə əsas verir”, - nəşr qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm