İki ailə arasında atışma: 3 ölü, 5 yaralı
Bizi izləyin

Region

İki ailə arasında atışma: 3 ölü, 5 yaralı

İstanbulda şirniyyat sexində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə şəhərin Asiya hissəsindəki Üsküdar rayonunda baş verib.

“Mayın 23-də saat 20:10 radələrində Üsküdar rayonunda kafedə iki qrup şəxs arasında mübahisə yaranıb. Atışma silahlı qarşıdurmaya çevrilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı təhqiqat davam etdirilir”, - deyə səlahiyyətli orqanlar məlumat yayıb.

“Habertürk” telekanalının qeyd etdiyi kimi, insidentə səbəb iki yerli ailə arasındakı düşmənçilik ola bilər. İddialara görə, onlar aralarında olan fikir ayrılıqlarını aradan qaldırmaq üçün şirniyyat mağazasında görüşüblər, lakin söhbət zamanı mübahisə düşüb. Dava iştirakçılarından bəziləri odlu silahdan istifadə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm