İngiltərə klubundan “Fənərbağça”ya 22 milyonluq təklif
Bizi izləyin

İdman

İngiltərə klubundan “Fənərbağça”ya 22 milyonluq təklif

“Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Publika.az xəbər verir ki, “Vest Hem” türkiyəli cinah müdafiəçisi ilə maraqlanır. Bu barədə “Westhamzone” məlumat yayıb.

Premyer Liqa təmsilçisinin oyunçu üçün 22 milyon avro təklif edəcəyi bildirilir.

Qeyd edək ki, Ferdi bu mövsüm “Fənərbağça” forması ilə bütün turnirlərdə 50 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm