Dünya
"Financial Times": Cinpin Putinin tələbini yerinə yetirsə...
Rusiya Ukraynaya hücum etməzdən əvvəl Vladimir Putin Pekində Çin lideri Si Cinpinlə görüşüb. Nəticədə iki ölkə məhdudiyyətsiz tərəfdaşlıq elan edib. Bununla belə, Çin-Rusiya tərəfdaşlığında həqiqətən heç bir məhdudiyyətin olub-olmaması Moskvanın Pekindən hərbi yardım istəməsi xəbərlərindən sonra yaxın günlərdə aydınlaşacaq.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Bildirilib ki, Si Cinpin bu tələbi yerinə yetirərsə, Çin faktiki olaraq Ukraynanı dəstəkləyən ABŞ və NATO ölkələri ilə vasitəçilik müharibəsinə girəcək. Bu qərar Çinin son 40 ildə fövqəladə yüksəlişinə təkan verən qloballaşan iqtisadi sistemin sonu ola bilər.
“Rusiya bataqlığa düşüb. Qərb ittifaqı bərpa olundu və ABŞ və müttəfiqləri Pekində çox təhlükəli görünəcək yeni iqtisadi sanksiyalar arsenalını ortaya qoydular”, - nəşr qeyd edir.
Əlavə olunub ki, Çin nə enerji, nə də qida ilə özünü təmin edə bilir.
Qeyd edək ki, amerikalı maliyyəçi və “Soros” Fondunun təsisçisi Corc Soros “Project Syndicate” tərəfindən martın 12-də dərc olunan məqaləsində qeyd edib ki, işğaldan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin iki ölkə arasında tərəfdaşlıqla bağlı böyük bir sənəd imzalayıblar. O qeyd edib ki, Si Cinpin açıq-aşkar Putinə kart-blanş verir ki, Ukraynaya qarşı müharibəyə başlasın və onu işğal etsin.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto











.jpg)























