Dünya
Dünya həyəcan içində: Müharibə bu məhsulun ixracını dayandırdı
Rusiyanın Ukraynaya hücum etməsi qlobal səviyyədə günəbaxan yağı qıtlığına səbəb olub və onu həll etmək mümkün deyil.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna dünyanın ən böyük günəbaxan yağı istehsalçısı və ixracatçısıdır.
Rusiya hərbi təcavüzü başlayandan ixracat dayanıb. Artıq Avropa ölkələri bu məhsulun qıtlığına hazırlaşır.
Ukraynanın kənd təsərrüfatı naziri Roman Leşenko bildirib ki, Ukrayna 5 ildir günəbaxan yağı ehtiyatı formalaşdırıb: “Amma Avropada artıq bu məhsulun qaçılmaz qıtlığından danışılır. Və belə görünür ki, bu vəziyyət təkcə Aİ-də olmayacaq. Axı Ukrayna bu baxımdan dünyanın ən böyük istehsalçısı və ixracatçısıdır. Döyüş əməliyyatları və Rusiya donanması tərəfindən Ukrayna dəniz limanlarının blokadaya alınması səbəbindən artıq istehsal olunmuş məhsulun ixracı mümkün deyil”.
Günəbaxan yağı dünyanın bir çox ölkəsində kifayət qədər məşhur bir məhsuldur. Yeməklərin qızardılmasında, salatların hazırlanmasında, marqarinlərin emal edilməsində, yemək yağlarının və sousların hazırlanmasında, həmçinin biodizel istehsalında istifadə olunur. Demək olar ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərindən bir çox ölkələrdə panika var.
Türkiyə supermarketlərində artan tələbat növbələrə, qiymətlərin kəskin artmasına və hətta dövlət tənzimləməsi kimi bir mexanizmin ortaya çıxmasına səbəb olub.
“Facebook” istifadəçiləri İspaniya supermarketləri ilə bağlı reklamlar olan fotolar yerləşdiriblər.
Keçən həftə Almaniyanın qərbindəki şəhərlərin birində yaşayan “NV Business” şirkətinin həmsöhbəti deyib ki, onların supermarketlərində piy və un faktiki olaraq yoxa çıxıb.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO













.jpg)









.jpg)


.jpg)








