Dünya
Ukraynalı siyasətçinin xanımı Ərdoğandan KÖMƏK İSTƏDİ
Həbsdə olan ukraynalı müxalif siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyinə ümid etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, Türkiyə Prezidentin Medvedçukun azadlığa buraxılmasına yardım edəcəyinə əmin olduğunu deyib.
Oksana Marçenko bu gün Moskvada mətbuat konfransı keçirərək, Ukraynada “siyasi təqib” və “senzura”dan şikayətlənib. Tədbir teleaparıcının rəsmi Yutub kanalında yayımlanıb.
Marçenkonun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski onun aprelin 12-də həbs edilən əri Viktor Medvedçukun azadlığa buraxılması tələbinə məhəl qoymayıb.
“Bu gün mən Ərdoğanı Avropada yeganə müstəqil siyasətçi hesab edirəm. Bundan əlavə, o, Ukrayna və Rusiyanın böyük dostu olduğunu dəfələrlə bəyan edib. Əminəm ki, Ərdoğan kimi güclü Prezident təsir imkanlarını tapacaq” - deyə Oksana Marçenko söyləyib.
Mətbuat konfransı zamanı Marçenko vətənə xəyanətdə ittiham olunan həyat yoldaşı Viktor Medvedçukun harada olduğunu hələ də bilməməsindən də şikayətlənib: “Hazırda ərimin harada olduğunu bilmirik, bu da lazımi hüquqi müdafiəni və tibbi nəzarəti təmin etməyi mümkünsüz edir”.
Medvedçukun xanımı Ukrayna rəhbərliyini “qanunsuz” əmlakın müsadirə edilməsində ittiham edib. Onun sözlərinə görə, heç bir sənəd olmadan əmlakları müsadirə edilib. Mətbuat konfransı zamanı Marçenko Vladimir Zelenski və onun komandasınının “siyasi sahədə Viktor Medvedçukla rəqabət apara bilməməsini” başa düşdüyünə görə onu “siyasi təqib” təşkil etməkdə ittiham edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, siyasətçini əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.
Əlavə edək ki, Viktor Medvedçuk Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto











.jpg)
























