"Moskva" kreyserinin vurulmasınada "Bayraktar"ın rolu - DETALLAR - FOTO
Bizi izləyin

Dünya

"Moskva" kreyserinin vurulmasınada "Bayraktar"ın rolu - DETALLAR - FOTO

"Moskva" kreyserinin necə vurulması ilə bağlı detallar məlum olub.

Publika.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə "MailOne"-da məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, "Moskva" hər biri bir ton ağırlığında olan 2 raketlə vurulub, lakin bu hücumda türk pilotsuz təyyarələrinin də rolu olub. Ukrayna Ordusu gəminin ekipajını və radar sistemini yanıltmaq üçün "Bayraktar"dan istifadə edib.

Belə ki, gəmi ekipajı diqqəti yayındırmaq üçün buraxılan Türkiyə istehsalı "Bayraktar" dronunu izləyiblər və gəmiyə doğru gələn bir cüt "Neptun R360" gəmi əleyhinə raketdən xəbər tutmayıblar.

Qəfil hücum nəhəng döyüş gəmisi Odessadan 60 mil cənubda olarkən baş verib. Hər biri 1 ton ağırlığında olan raket gəmini şiddətlə silkələyib və partlayışa səbəb olub. Gəmi yanmağa başlayıb.

"Moskva"nın göyərtəsində xeyli sursatın olduğu qeyd edilib.

src="/storage/files/upload/0c2ca40143a05be6570155e7d4956095.jpg" alt="photo_2022-04-16_01-08-54 (2).jpg (58 KB)" width="634" height="398" class="fr-fic fr-dii">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm