Dünya
Putinin separatçılara müraciəti: (Tam mətn)
Rusiya prezidenti Vladimir Putin Donbas yaraqlılarına müraciət
edərək, humanitar dəhliz açmağa və ukraynalı hərbiçiləri
mühasirədən çıxarmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə cümə günü yayılan, Putinin
Rusiya yönümlü yaraqlılara müraciətində deyilir.
Putinin müraciətinin tam mətnini təqdim edirik:
“Aydındır ki, müqavimət qüvvələri Donbas əhalisi üçün ölümcül
təhlükə sayılan və artıq dinc əhali arasında çoxlu qurbanlara səbəb
olan, Kiyevin güc təzyiqinə qarşı ciddi uğurlar əldə edib.
Müqavimət qüvvələrinin fəaliyyəti nəticəsində hərbi əməliyyatlarda
öz istəkləri ilə yox, əmr icra edərək iştrak edən çox sayda Ukrayna
hərbiçiləri mühasirədə qalıblar. Mən müqavimət qüvvələrini
mühasirədə qalan ukraynalı hərbiçilər üçün humanitar dəhliz açmağa
çağırıram. Mənasız itkilərdən qaçmaq üçün onlara müharibə
bölgəsindən maneəsiz çıxmağa şərait yaradılmalıdır ki, onlar da öz
ailələri ilə görüşsünlər, onlar da yoldaşlarına, uşaqlarına
analarına qayıtsın, dərhal hərbi əməliyyatlar zamanı yaralananlara
tibbi kömək göstərilsin. Rusiya tərəfi öz növbəsində humanitar
fəlakət yaşayan Donbas əhalisinə humanitar yardım göstərməyə
hazırdır və bu belə davam edəcək. Mən bir daha Ukrayna
hakimiyyətini təcili olaraq hərbi fəaliyyətdən əl çəkməyə, atəşi
saxlamağa, Donbas nümayəndələri ilə danışıqlar masasına oturmağa və
yaranmş bütün problemləri yalnız sülh yolu həll etməyə
çağırıram”.
Qeyd edək ki, Ukrayna, Aİ və ABŞ rəsmilərinin Rusiyanın Donbas
münaqişəsində iştrak etdiyinə aid iddialarını Putin qəti surətdə
təkzib edir.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir