Dünya
Ermənistanda günün fotosu: Paşinyanı onlar hakimiyyətə gətirib?
Ermənistanda baş verən silsilə etiraz aksiyaları fonunda sosial şəbəkələrdə paylaşılan bir foto böyük müzakirələrə səbəb olub.
Publika.az erməni mediasına istinadla xəbər verir ki, 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirən kütlələrin fotosu ilə budəfəki mitinqdə iştirak edənlərin şəkilləri müqayisə edilib.
2018-ci ilin mitinqləri zamanı çəkilən fotoda Nikol Paşinyanın etirazçı tərəfdarları Ermənistan bayrağını bir avtomobilin üzərinə sərərək qumar oynayırlar. İkinci foto isə iki gün əvvəl çəkilib. Həmin şəkildə iki tələbənin dərs çalışdığı görüntülənib.
Sosial şəbəkələrin Ermənistan seqmentində yüzlərlə insanın paylaşdığı fotoda "Paşinyanı qumarbazlar hakimiyyətə gətirdi, ona görə də Nikol Qarabağı azərbaycanlılara verdi" kimi şərhlər yazılıb.
Hətta bəziləri "qumarbazların hakimiyyətə gətirdiyi də qumarbaz olar, satqın Nikol!" kimi fikirlərlə hazırkı Ermənistan hakimiyyətinin ünvanına ittihamlar irəli sürüblər.
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var































