ZƏİF NÖQTƏ TAPILDI: Ruslar dövlət sərhədinə qədər sıxışdırıla bilər
Bizi izləyin

Dünya

ZƏİF NÖQTƏ TAPILDI: Ruslar dövlət sərhədinə qədər sıxışdırıla bilər

"Ukraynanın Xarkovdan şimal-şərqdəki əks-hücum əməliyyatı əhəmiyyətli irəliləyiş əldə edib və çox güman ki, yaxın günlərdə və ya həftələrdə Rusiya sərhədinə doğru hərəkət edəcək".

Publika.az xəbər verir ki, bunu NV-yə müsahibəsində hərbi ekspert Oleq Jdanov deyib.

"Mən istənilən əks hücumu, ərazilərimizin azad edilməsini müsbət qiymətləndirirəm. qoşunların sayı baxımından istiqamət ən zəifdir", - ekspert qeyd edib.

Jdanov həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri dövlət sərhədinə çata bilər:

"Mövcud qüvvə və vasitələrlə dövlət sərhədinə çatmaq üçün orada bizim bütün üstünlüklərimiz var. Sonra cənuba və sərhəd boyu istiqamətimiz olacaq. Bu, bizə genişmiqyaslı əks-hücum əməliyyatına başladığımız zaman faydalı olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm