Dünya
İsveç NATO-ya üzv olmaq üçün müraciət edəcək - TARİX AÇIQLANDI
İsveç hökuməti planlarını dəyişib və mayın 17-də Şimali Atlantika Alyansına üzvlük üçün rəsmi ərizə təqdim etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə İsveçin “Svenska Dagbladet” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
"Çərşənbə axşamı günü Brüsseldə İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi müraciət məktubunun NATO-nun baş katibi Yens Stoltenberqə veriləcəyi planlaşdırılan bir proses başladılıb”, qəzet yazır.
Qeyd edilib ki, İsveçin NATO-ya üzv olmasının əleyhdarlarının da daxil olduğu hakim Sosial Demokrat Partiyası bu məsələ ilə bağlı daxili müzakirələri hələ başa çatdırmadığı üçün qərar ictimaiyyətə açıqlanmayacaq. Buna baxmayaraq, NATO üzvlüyünü tənqid edənlərin azlıqda qalması ilə əlaqədar rəsmilərin mayın 16-da axşam saatlarında təsdiqi elan etmələri gözlənilir.
Xatırladaq ki, mayın 15-də Finlandiya prezidenti və hökuməti ölkənin NATO-ya üzvlük üçün müraciət etmək niyyətində olduğunu rəsmən bəyan ediblər.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: 15 nəfər... - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi