Dünya
Revanşistlərdən “qələbə” iddiası: Paşinyana silahlı hücum ssenarisi
Ermənistan müxalifəti hakimiyyətin “Qarabağla bağlı planını pozduğunu” iddia edir.
Publika.az xəbər verir ki, aprelin 17-dən etibarən İrəvanda müxalifətin “Qarabağ” tələbi ilə keçirilən mitinqləri nəticə vermir və hər keçən gün iştirakçıların sayı daha da azalır.
Bunun fonunda müxalifət iddia edir ki, onların aksiyası hakimiyyəti Qarabağın “statusu”ndan imtina etmək planını pozdu.
“Müqavimət” adlanan aksiyanın təşkilatçılarından biri “Ermənistan” blokunun deputatı Tadevos Avetisyan iddia edir ki, hərəkat Qarabağ məsələsində Ermənistan üçün dağıdıcı prosesləri dayandırdı. O, bunu mxalifətin ilk uğuru adlandırıb. İddia edib ki, “Qarabağ Azərbaycanın tərkibində olmayacaq, Ermənistan isə “türkləşdirilməyəcək”. Lakin revanşit deputat prosesin bitmədiyini, hakimiyyətin müvəqqəti geri çəkildiyini deyir.
Avetisyanın “məqsədimizə çatmaq üçün bütün yollara baş vuracağıq” sözləri xüsusilə diqqət çəkir və 1998-ci ildə Ter-Petrosyanın güc yolu ilə devrilməsi, parlament binasının gülləboran edilməsi təcrübəsi fonunda Paşinyan hakimiyyətinə qarşı də silahlı hücumun ola biləcəyi ehtimalını önə çıxarır.
Müxalifətin aksiyası nəticə verməsə də, müxtəlif formalarda davam edir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...






























.jpg)
.jpg)

