Dünya
NATO-dan ƏZƏLƏ NÜMAYİŞİ: 16 ölkə 75 təyyarə və 40-dan çox gəmi ilə...
Bazar günü NATO-nun Şimali Avropanın ən böyüklərindən biri olan "Baltops-22" illik təlimləri Baltik dənizində başlayacaq.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə "Ridus" məlumat yayıb.
Bildirilib ki, təlimlərdə 14 NATO ölkəsi ilə yanaşı, alyansın tərəfdaş ölkələri - İsveç və Finlandiya da iştirak edəcək. Artıq 13 ölkənin hərbi gəmiləri İsveçə gəlib.
Təlimlərin məqsədi NATO-nun Baltikyanı regionda kollektiv müdafiəni təmin etməyə və çəkindirmə siyasətini həyata keçirməyə hazır olduğunu nümayiş etdirməkdir.
İsveç Hərbi Dəniz Qüvvələrinin 500 illiyi şərəfinə Stokholmda təlimlər başlayacaq. Bunun ardınca Baltik dənizinin sularında və onun üstündəki hava məkanında taktiki manevrlər keçiriləcək.
"Baltops-22"yə ABŞ-ın Altıncı Donanması, 75 təyyarə və 7000-ə yaxın insan daxil olmaqla, müxtəlif dərəcəli 40-dan çox gəmi cəlb olunacaq.
NATO-nun birgə qüvvələri Baltik dənizi üzərində operativ reaksiya və nəzarət bacarıqlarını, eləcə də böyük hərbi qüvvələri qısa müddətdə regionun istənilən nöqtəsinə köçürmək bacarığını inkişaf etdirəcək.
Təlimlər iyunun 5-dən 17-dək davam edəcək.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var











.jpg)

.jpg)




















.jpg)



