Dünya
Bu ölkələrdən Ukrayna üçün kritik çağırış
Baltikyanı ölkələr, Skandinaviya ölkələri, Böyük Britaniya və İrlandiya parlamentlərinin Xarici Əlaqələr Komitələrinin rəhbərləri birgə bəyanat yayaraq, Ukrayna Silahlı Qüvvələrinə yardımı sürətləndirməyə çağırıblar.
Publika.az">Publika.az xəbər verir ki, bəyanatda parlamentarilər Ukrayna xalqı ilə həmrəy olduqlarını bildirib, azadlığı, ərazi bütövlüyünü və demokratik dövlət nizamını müdafiə edərkən həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Onlar beynəlxalq ictimaiyyəti ağır silahların və digər hərbi yardımların çatdırılmasını sürətləndirməklə yanaşı, Ukraynaya dəstəyi davam etdirməyə, Ukrayna və beş milyona yaxın ukraynalı qaçqını qəbul edən qonşu dövlətlərə maliyyə dəstəyini artırmağa çağırıblar.
Bəyanatda, həmçinin Rusiya silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn pozulması və hərbi cinayətlər və onların faydaları pislənir və günahkarların məsuliyyətə cəlb edilməsi tələb olunur.
“Bura Ukraynaya qarşı təcavüz cinayətlərinə görə cəzaların təyin edilməsi üçün xüsusi tribunalın yaradılması daxildir”, - xarici işlər komissiyalarının rəhbərləri qeyd ediblər.
Bundan əlavə, onlar Rusiyanın aclıqdan və qidadan öz təsirini artırmaq üçün vasitə kimi istifadə etməsini pisləyib və öz hökumətlərini Avropada hərbi və nüvə təhlükələrinə qarşı kollektiv müdafiə səviyyəsini artırmaq üçün tərəfdaşlarla işləməyə çağırıblar.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var











.jpg)

.jpg)




















.jpg)



