Dünya
Putin 7 bəndlik sülh planını açıqladı - Siyahı
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas hövzəsində vəziyyətin nizama salınması ilə bağlı planını elan edib.
Publika.az-ın verdiyi xəbərə görə, “Rossiya 24” telekanalının efirində açıqlanan plan yeddi bənddən ibarətdir.
Həmin bəndlər aşağıdakılardır:
1.Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv hücum əməliyyatlarının dayandırılması.
2. Artilleriya və reaktiv yaylım atəşi sistemlərinin bütün növlərinin, eləcə də Ukraynanın güc strukturlarının silahlı bölmələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılması.
3.Yaradılan təhlükəsizlik zonasında atəşkəz şərtlərinə riayət edilməsinə obyektiv beynəlxalq nəzarətin həyata keçirilməsi.
4.Münaqişə zonasında dinc vətəndaşlara və yaşayış məntəqələrinə qarşı hərbi aviasiyadan istifadənin dayandırması.
5.Hər iki tərəfdə saxlanılan şəxslərin hər hansı ilkin şərtlər olmadan mübadilə edilməsi.
6. Qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizlərin açılması.
7.Dağıdılmış obyektlərin bərpası üçün təmir briqadalarının göndərilməsi.
V.Putin hesab edir ki, Kiyev hakimiyyəti və “Ukraynanın cənub-şərqinin nümayəndələri”nin arasında əldə olunan son razılıqlar üçtərəfli əlaqə qrupunun 5 sentyabr tarixində keçiriləcək görüşündə daha da möhkəmləndirilə bilər.
Ömər Dağlı
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi




















.webp)










