Dünya
NATO: “Ukrayna ərazisində Rusiyanın yüzlərlə tankı var”
“Ukrayna ərazisində Rusiyanın yüzlərlə tank və zirehli maşını, o cümlədən bir neçə min hərbçisi var”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə NATO-nun adını açıqlamayan nümayəndəsi “Röyters” xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, Rusiyanın yüzlərlə hərbi texnika və hərbçisini Ukraynaya yeritməsi Moskvanın Ukrayna siyasətində dəyişikliyin olmadığını göstərir.
Bu, Ukrayna ərazisində Rusiya qoşunlarının olması barədə hərbi ittifaqın ilk bəyanatı deyil. Ötən ay NATO peykdən çəkilən şəkilləri dərc etməklə Rusiya hərbçiləri və hərbi texnikanın Ukrayna ərazisində olduğunu nümayiş etdirmişdi. Şəkillərdə Rusiyanın özüyeriyən artilleriya qurğuları, tanklar və zirehli texnikanın Ukrayna ərazisində, həmçinin Ukrayna ilə sərhəd rayonlarda olduğu görünürdü.
Rusiya tərəfi isə NATO-nun, ümumilikdə Qərbdən səslənən bu iddiaların əsassız olduğunu bəyan edib.
Ömər Dağlı
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı























.webp)












