Dünya
İLGİNC OLAY: öz dəfnində əyləndi, sonra öldü
Extrere şəhərindən olan bir Kanadalı öz yuxusunda əyləndi, sonra öldü.
Publika.az xəbər verir ki, bu hekayəni "The London Free Press" nəşr edib.
Həkimlər 67 yaşlı Ron Raderə mədəaltı vəzi xərçəngi diaqnozu qoyub və əməliyyatın çox gec olduğunu bildiriblər. Kişiyə palliativ müalicə təyin olunub.
Ölüm ayağında olan kanadalı uşaqlarına müraciət etmək qərarına gəlib. O, öz dəfninə gəlmək istədiyini bildirib.
"Əgər bu reallaşsa və insanlar gəlsə, mən də orada olmaq istəyirəm ", - Rader deyib.
Adamın uşaqları onun bu istəyinə təəccüblənməyiblər, çünki Rader həmişə hər şeyi öz istəyi ilə etməyi xoşlayıb.
O, kanadalı cənazə direktoru Colin Haskettə zəng edib və ona ölməzdən əvvəl iştirak edəcəyi və əylənə biləcəyi məclis təşkil etməyi tapşırıb.
"Bu, büromuzun 140 ili ərzində ilk belə sifarişdir ", - Haskett nəşrə müsahibəsində deyib.
Dəfn mərasimində özündən başqa 350-dən çox adam iştirak edib. Onların arasında onun dostları, qohumları, tanışları, hətta uzun müddət oynadığı xokkey komandasının üzvləri də olub.
"Bu, heyrətamiz bir gün idi. Yorğun və emosional olaraq məhv olduq? Tamamilə. Amma bu, sadəcə, ən yaxşı gün idi" - həyat yoldaşı bildirib.
Ron Rader mərasimdən doqquz gün sonra ailəsinin əhatəsində ölüb.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)

















.jpg)

.jpg)