Dünya
Alman prezidentə Azərbaycan xalçası verildi (FOTO)
Azərbaycandan olan QHT rəhbərləri Almaniyanın Prezidenti
Yoaxim Qaukla görüşüblər.
ANS PRESS-in məlumatına görə, Almaniya Federativ Respublikasının
Prezidenti Yoaxim Qauk vətəndaş cəmiyyətinin nümayəndələri ilə
görüş təşkil edib. Hazırda Almaniyada işgüzar səfərdə olan
"Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri
Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə
Heyyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli
AFR-in dövlət başçısının təşkil etdiyi bu tədbirdə iştirak
ediblər.
Tədbir çərçivəsində Almaniyanın Prezidenti Yoaxim Qauka və ölkənin
birinci xanımı Daniela Şadta Azərbaycanın milli xalçası, Heydər
Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini,
tarixini əks etdirən kitablar, muğamlarımızdan və xalq
mahnılarımızdan ibarət disklər hədiyyə olunub.
Görüş zamanı Ceyhun Ələkbərov ölkə prezidentinə və onun xanımına
rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat
verib.




-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək



































