Dünya
İŞİD-dən yeni taktika – tunel qazıblar
Həyata keçirilən axtarış tədbirləri nəticəsində İraq
hüquq mühafizə orqanları uzun bir tunel tapıblar.
İŞİD-in Cirf Əl-Sehr ilə Fəllucə arasındakı məsafəni bu tunellə
keçdiyi ortaya çıxıb. Bu əməliyyat nəticəsində kənddə 12 İŞİD üzvü
yaxalanıb.
Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, İraq mətbuatına görə, dünən hüquq mühafizə orqanları ilə silahlı qruplaşmalar arasındakı toqquşmalar nəticəsində İraq qüvvələri Ruveyza rayonunu İŞİD-dən (İraq Şam İslam Dövləti) geri alıb. “Basnyus”un xəbərinə görə, bu əməliyyatda daha uzun İŞİD tuneli tapılıb. Onun uzunluğunun təxminən 100 kilometr olması və Bağdadın şərqindən qərbinədək uzandığı məlum olub. İŞİD-in bu tunelləri Cirf Əl-Sehrdən Fəllucəyə keçmək üçün qazdığı ortaya çıxıb.
Hərbi qaynaqlara görə, bu tunellərin qazılması İŞİD-in yeni bir müharibə taktikasını sınaqdan keçirməyə başladığından xəbər verir. Bu üsulun fələstinli qruplardan götürüldüyü təxmin edilir.
Təhlükəsizlik mütəxəssislərinin fikrincə, bu tunelin tapılması çox vacib idi. Çünki artıq İŞİD bu tərəflərdə gediş-gəlişi rahat həyata keçirə bilməyəcək və uzun müddət gizlənmək məcburiyyətində qalacaq.
Vüsal Tağı
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































