Dünya
İŞİD planına Suriya müxaliflərindən dəstək
Obama İŞİD-ə qarşı suriyalı müxalif qrupları dəstəkləməyin vacib olduğunu deyib və suriyalı müxaliflər də bu açıqlamanı dəstəkləyib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı Suriyada Əsəd rejiminə qarşı döyüşən digər müxalif qrupların dəstəkləməsini istəyib. Suriyalı müxaliflər bu açıqlamanı müsbət qarşıladıqlarını və dəstəklədiklərini açıqlayıblar.
Obama dünən gecə İŞİD-ə qarşı strategiyalarını açıqlayıb və Suriyada da müxaliflərə hərbi yardımlarını artırdıqlarını deyib. Obama Konqresdən suriyalı müxaliflərə daha çox yardımların edilməsi və təlimlərin verilməsi üçün əlavə səlahiyyət tələb edib.
Obama Suriyada İŞİD-lə mübarizədə öz xalqına hücum edən və legitimliyini itirən Bəşər Əsəd rejiminə bel bağlanıla bilməyəcəyini də dilə gətirərək, Suriyada siyasi böhranı həll etmək üçün müxaliflərin də gücləndirilməsinin lazım olduğunu bildirib.
Obamanın qərarları ilə bağlı açıqlama verən Suriya Milli Koalisiyası qərarı dəstəklədiyini elan edib. Digər tərəfdən, suriyalı müxaliflərə hərbi təlimlərin də Səudiyyə Ərəbistanı tərəfindən keçiriləcəyini bildirilib.
Vüsal Tağı
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə" "Torpedo" ilə oyunda hesabı açdı - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO











.jpg)


















