Dünya
Rompeydən Narışkinin hədəsinə cavab: “Bu həftə...”
Ukraynadakı vəziyyətin gedişindən asılı olaraq, Avropa Birliyinin Rusiya əleyhinə sanksiyaları qismən və ya tamamilə ləğv oluna bilər.
Axar.az Ria.ru-ya istinadən bildirir ki, Avropa Birliyinin başçısı Herman Van Rompeyin sözlərinə görə, AB səfirləri sentyabrın sonunadək Ukraynada barışığa riayət olunması üzrə tədbirləri dəyərləndirəcək. Yalnız bundan sonra Rusiya əleyhinəə sanksiyalara baxıla bilər.
Avropa Birliyinin saytında dərc olunmuş press-relizdə isə deyilir ki, Rompey Rusiya əleyhinə sanksiyalar paketinin cümə günü, sentyabrın 12-də qüvvəyə minəcəyini bildirib.
Xatırladaq ki, məhdudlaşdırıcı tədbirlərrin yeni paketi əvvəllər qəbul edilmiş bazarlara kapital cəlb edilməsi, müdafiə sahəsi, ikili təyinatlı mallar və həssas texnologiyalar sahələrinə aid sektor sanksiyalarını genişləndirməyi nəzərdə tutur. “Röyter” Agentliyi özəl mənbəyə istinadən bildirib ki, Rusiyanın 1 trilyon rubldan çox (20 milyard avro) dövriyyəsi olan dövlət şirkətləri sanksiyala məruz qalacaq. Bundan başqa, Avropa Birliyi rəsmiləri fərdi sanksiyaların da tətbiq ediləcəyini istisna etməyib.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri Narışkin Avropa Birliyinin son sanksiyalarının qüvvəyə minəcəyi təqdirdə Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC































