Dünya
1,8 milyon insan aksiyada
Sentyabrın 11-də “Kataloniya günü” münasibətilə,
İspaniyanın Barselona şəhərində yüz minlərlə insanın qatıldığı
aksiya keçirilib. Təşkilatçıların iddiasına görə aksiyada 1,8
milyon, İspaniya hökumətinin məlumatına görə isə 500 min insan
iştirak edib.
Tədbirin əsas məqsədi, Kataloniya vilayətinin rəhbərliyi tərəfindən
noyabrın 9-a təyin edilmiş, lakin İspaniya Konstitusiya Məhkəməsi
tərəfindən qadağan olunan referenduma dəstək ifadə etmək idi.
Kataloniya vilayətinin rəhbəri Artur Mas çıxış edərək bildirib ki,
Madrid bu böyük kütlənin səsini eşitməlidir və noyabrın 9-da
referenduma mane olmamalıdır.
İspaniya hökuməti isə hələlik bu çıxışlarla bağlı heç bir rəsmi
açıqlama verməyib. Yalnız aksiyadan bir neçə saat əvvəl çıxış edən
İspaniyanın Baş naziri Mariano Raxoy ölkənin bütövlüyünə dəstək
verən ifadələr işlədib.
AzərTAc
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı






















.webp)












