Dünya
Dünya üçün YENİ TƏHDİD: bu ölkə nüvə silahına sahib olaraq...
Şimali Koreyanın raket sınaqları Cənubi Koreyanı nüvə silahı istehsalı üzərində işə başlamağa sövq edə bilər.
Publika.az xəbər verir ki, bu fikri Amerikanın "19FortyFive" hərbi portalının müəllifi bildirib.
Köşə yazarı Robert Kelli hesab edir ki, Seulun nüvə proqramını inkişaf etdirmək üçün iki əsas arqumenti var. Birincisi, KXDR-də Amerika sahillərinə çatmağa qadir olan ballistik raketlərin peyda olmasından sonra ABŞ-a inamın azalması.
İkincisi, Cənubi Koreya Pxenyana qarşı çıxmaqda davam etməklə yanaşı, Vaşinqtonun rəqabət apardığı Çinlə münasibətləri qorumağa çalışır.
Kellinin sözlərinə görə, nüvə statusu Cənubi Koreyaya “fərqləri kompensasiya etməyə” imkan verəcək. Eyni zamanda, digər böyük Asiya dövlətlərinin, yəni Çin və Yaponiyanın reaksiyası gözlənilməz olaraq qalacaq.
Bundan əlavə, müəllif xatırladıb ki, çox vaxt bir ölkədə atom silahının peyda olması başqa bir ölkədə Pakistan və Hindistanda olduğu kimi onu yaratmağa təhrik edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR













.jpg)























