"Əbabil quşları" geri dönür? - Hindistan qartalları düşmənə qarşı həmləyə öyrədir
Bizi izləyin

Dünya

"Əbabil quşları" geri dönür? - Hindistan qartalları düşmənə qarşı həmləyə öyrədir

Hindistan ordusu düşmən dronlarına qarşı mübarizə aparmaq üçün yırtıcı quşlardan istifadə etməyə qərar verib və bu istiqamətdə məşqlər gedir.

Publika.az xəbər verir ki, Hindistan hərbçiləri ABŞ-la birgə təlimlər zamanı müvafiq taktika nümayiş etdiriblər. Təlimlər zamanı qartalın saxta düşmənin pilotsuz təyyarəsini tapıb məhv edə bilməsi ssenarisi oynanılıb.

Məlumata görə, Hindistanda bu cür təcrübələr ilk dəfə olaraq ictimaiyyətə nümayiş etdirilir. Təlimdə qartalların təlim zamanı bir neçə yüz kvadrokopteri vurduğu, bəzən onları tamamilə məhv etdiyi bildirilir.

Bununla belə, heç bir qartala zərər dəyməyib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm