Dünya
Molla rejimi daha iki nəfəri edam etdi
İranda iğtişaşlar zamanı hüquq-mühafizə orqanının əməkdaşını öldürməkdə təqsirləndirilən iki nəfər edam edilib.
Publika.az xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
“Seyid Ruhullah Əcəmiyanın ədalətsiz ölümünə səbəb olan cinayətin əsas iştirakçıları olan Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni asılaraq edam ediliblər”, - deyə rəsmilər bildirib.
Dekabrın əvvəlində İran məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xalq qolu olan Bəsic hərəkatının əməkdaşının qətli işi üzrə 16 müttəhimə hökm çıxarıb, onlardan 5-i ölüm cəzasına məhkum edilib. Adjamiyan noyabr ayında İranın şimalında iğtişaşlar zamanı həlak olub.
Qeyd edək ki, sentyabrın ortalarından hicabı səhv geyindiyinə görə vitse-polis tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra ölkədə kütləvi iğtişaşlar baş qaldırıb. Sakinlər qızın ölümündə polisi günahlandırıblar.
Eyni zamanda, İran hakimiyyəti Qərb ölkələrini etirazçılara dəstək verməkdə, anti-İran mesajı yaymaqda və iranlıları ölkədə inqilaba və hökuməti devirməyə çağırmaqda ittiham edir.
Ayşən
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)