Dünya
Aİ-nin Kosmik proqram yaratmasına nə mane olur?
Avropa İttifaqının (Aİ) müstəqil kosmik proqram yaratmaq üçün maliyyə çatışmazlığı var.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrdə qeyed edilən fikrə görə, Aİ-nin kosmik proqramlarına sərmayə qoyuluşunun olmaması onun bu sahədə ABŞ və Çindən geriliyini artırır. 2019-2021-ci illərdə amerikalı investorların kosmik layihələrə 330 milyard dollar sərmayə qoyduğu, eyni zamanda, 2022-ci ildə Avropa Kosmik Agentliyinin bütün büdcəsinin 7 milyard avrodan bir qədər çox (təxminən 7,5 milyard dollar) təşkil etdiyi vurğulanır.
“Financial Times”ın materialında qeyd edildiyi kimi, ABŞ fondları mənfəəti maksimuma çatdırmağa yönəlib, Avropa fondları isə ehtiyatlı davranaraq “mənfəət əldə etməyə deyil, onu saxlamağa” çalışırlar. Bu vəziyyətin əsas səbəbi, "Financial Times" qəzetinin yazdığına görə, Aİ-də vençur kapitalı fondlarının kiçik olması və onların irimiqyaslı kosmik layihələrində iştirak etmək istəməməsi səbəbindən kosmik proqramlara özəl investisiyaların kifayət qədər səviyyəsinin olmamasıdır. Qeyd olunur ki, bu problemi həll etmək üçün Avropa hakimiyyət orqanları özəl investorlardan aktiv şəkildə vəsait cəlb etmək sxemi yaratmalıdır.
Ayşən
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






















.jpg)







.jpg)


