Dünya
Rusiyaya qarşı 10-cu sanksiya paketi - Detallar açıqlandı
Avropa İttifaqı Alfa-Banka və Rusiyanın digər dörd kredit təşkilatına qarşı sanksiyalar tətbiq edə, habelə Rusiya Federasiyası ilə ticarətə yeni qadağalar qoya bilər.
Publika.az xəbər verir ki, Aİ rəsmiləri və diplomatları "Politico" qəzeti ilə söhbətində gözlənilən məhdudiyyətlərin təfərrüatlarını açıqlayıblar .
Onların sözlərinə görə, Aİ-yə üzv ölkələrin səfirləri bu yaxınlarda Avropa Komissiyasından 10-cu sanksiyalar paketinin yeni variantını alıblar. İndi onun məzmunu barədə milli hökumətləri məlumatlandırmalıdırlar.
Yeni sənədin ekspertlərlə müzakirəsi fevralın 15-də baş tutacaq.
Avropa Komissiyası Rusiya rezininin, asfaltının və ya bitumunun idxalına embarqo qoyulmasını, həmçinin Avropa istehsalı olan yeni kateqoriyalı malların, xüsusən də yük maşınlarının və digər ağır nəqliyyat vasitələrinin, nasosların və tikinti texnikasının Rusiyaya ixracına qadağa qoyulmasını təklif edib.
Paketin yeni variantında silah istehsalı üçün istifadə oluna biləcək elektron komponentlərin Rusiyaya satışına əlavə qadağalar da daxildir. Eyni zamanda, Rusiya almazlarının idxalına qadağanın da sənədə daxil edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Aydan
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI











.jpg)





















