Dünya
İŞİD 60 kəndi aldı: Türkiyə kürdləri savaşa qatılır
Kürd yığma qoşun döyüşçüləri İŞİD silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədində yerləşən Eyn-əl-Ərəb şəhərinə hücumunun qarşısını alıblar.
Axar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə Livanın “əs-Səfir” qəzeti məlumat yayıb. Kürd özünümüdafiə dəstələrinin nümayəndəsi Ridur Xəlil bildirib ki, kürdlər islamçıların şəhərdən on kilometr cənub və təxminən 20 kilometr şərqə doğru istiqamətlənmiş hücumlarını dayandırıblar.
Son iki sutka ərzində kürd döyüşçüləri 60 terrorçu məhv edib, onlardan iyirmisi bu gecə öldürülüb.
İŞİD qruplaşmaları kürd müxtariyyətinin ən iri mərkəzlərindən olan Eyn-əl-Ərəb şəhərinə hücumu davam etdirirlər. Onlar hücum zamanı İraqın Mosul şəhərində ordunun anbarını zəbt edərkən ələ keçirdikləri tank, artilleriya ləvasimatları və minomyotlardan stifadə edirlər.
Kürdlər ağır silahları olmasa da, müqavimət göstərirlər. Livanın “əl-Əxbar” qəzetinin verdiyi məlumata görə, Suriya şəhərini müdafiə etmək üçün Türkiyənin həmsərhəd kəndlərindən 600 nəfərdən çox kürd köməyə gəlib. Son məlumatlara görə, işğalçılar şəhər yaxınlığındakı 60 kəndi ələ keçiriblər.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:50Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü








.jpg)













.jpg)













