Ərdoğan “New-York Times” ilə görüşdən imtina etdi
Bizi izləyin

Dünya

Ərdoğan “New-York Times” ilə görüşdən imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ağır sözlərlə tənqid etdiyi ABŞ-ın aparıcı mətbu orqanlarından olan “The New-York Times” qəzeti ilə görüşməkdən imtina edib.

Teleqraf.com gazetevatan.com-a istinadən xəbər verir ki, Ərdoğan bu gün BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Xarici Əlaqələr Şurasının iclasında çıxışı zamanı adı çəkilən qəzetdə dərc olunan Türkiyənin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə neft mübadiləsi etməsi ilə bağlı məlumatları təkzib və tənqid edib.

Buna cavab olaraq, qəzetin redaksiya heyəti Türkiyə prezidenti ilə görüşmək istədiklərini bildirib.

Onlar görüşdə həm Türkiyə və bölgədəki prosesləri, həm də sözügedən gərginlik də daxil olmaqla Türkiyədəki mətbuat azadlığı məsələlərini Ərdoğan ilə danışmaq istədiklərini açıqlayıblar.

Ancaq Ərdoğan görüşü rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm