Bu gün BMT Baş Assambleyasının iclası başlayır
Bizi izləyin

Dünya

Bu gün BMT Baş Assambleyasının iclası başlayır

Bu gün ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 69-cu sessiyasında ümumsiyasi müzakirələr başlayır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, müzakirələrdə təxminən 140 dövlət və hökumət başçısı, həmçinin xarici işlər nazirləri çıxış edəcək.

BMT Baş Assambleyasının tribunasına ilk olaraq Braziliya və ABŞ prezidentlərinin çıxacağı gözlənilir. Daha sonra Uqanda, İspaniya, Mavritaniya, Çili, Cənubi Koreya, Qətər, Ermənistan, Misir, Fransa, Mərakeş, Meksika, Finlandiya, İndoneziya, Argentina, Ruanda, Boliviya və Türkiyə prezidentləri, Keniya, Kosta-Rika, Monqolustan, Nigeriya, Honduras, Çernoqoriya, CAR, İsveçrə, Estoniya, Şri-lanka, Venesuela, Zambiya, Böyük Britaniya, Danimarka və Ukraynanın hökumət başçıları çıxış edəcək.

Ümumi müzakirələrdən əvvəl BMT-nin birinci katibi Pan Gi Mun təşkilatın işi haqqında illik məruzəsini təqdim edəcək. Pan Gi Mun məruzəsində qeyd edib ki, BMT-yə üzv dövlətlərin Ukrayna, Suriyada və dünyanın digər regionlarındakı münaqişələrlə bağlı fikir ayrılıqları beynəlxalq sülhü uzaqlaşdırır. Onun sözlərinə görə, geosiyasi gərginlik həmçinin dəniz akvatoriyası və kibersahəyə aid olan mübahisələrdə də özünü göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm