Dünya
Zəvvarları daşıyan avtobus qəzaya düşdü: 20 ölü, 29 yaralı
Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfərin öldüyü bildirilir.
Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.
Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu söyləyib.
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”



















.jpg)


















