Nida Xəbər
Bu, korrupsiyaya qarşı mübarizəni gücləndirəcək - Samir Vəliyev
“Milli Məclisin noyabrın 24 - də keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi vacib hüquqi sənəddir. Bu sənəd ölkəmizdə korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı hüquqi mexanizmlərin gücləndirilməsinə və ictimai mənafenin qorunmasına xidmət edir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Samir Vəliyev deyib.
Onun sözlərinə görə, qanun layihəsi parlamentin iclasında birinci oxunuşda geniş müzakirə olunub. Ümumi fikir ondan ibarətdir ki, qanun layihəsinin əsas üstünlüklərindən biri maraqlar toqquşmasının doğurduğu risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması üçün hüquqi çərçivə yaratmasıdır.
Deputat bildirib ki, maraqlar toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizənin mühüm qabaqlayıcı mexanizmi olmaqla, dövlət idarəçiliyində dürüstlüyün, şəffaflığın və vəzifə məsuliyyətinin gücləndirilməsinə, ictimai mənafeyin üstün tutulmasına xidmət edir. O diqqətə çatdırıb ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur və sənəd hazırlanarkən beynəlxalq praktikaya istinad olunub. Eyni zamanda, beynəlxalq maliyyə və iqtisadi qurumların tövsiyələri və xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınıb.
“Yeni qanunun əsas fəlsəfəsi cəzalandırmaqdan daha çox, maraqlar toqquşmasının qarşısını əvvəlcədən almaq və belə halların düzgün idarə olunmasını təmin etməkdir. Sənəddə maraqlar toqquşmasının qarşısının alınması mexanizmləri, habelə vəzifəli şəxslər üçün nəzərdə tutulan məhdudiyyətlər və qadağalar ətraflı tənzimlənir. Hesab edirəm ki, yeni qanun layihəsinin qəbulu sözügedən məsələlərin həllində önəmli rol oynayacaq”- deyə millət vəkili vurğulayıb.
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”








.jpg)
.jpg)


.jpg)






















