Dünya
Priqojin Kremllə arasını sazlayıb?
Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinə tabe olan bölmələr üzərində səlahiyyətlərə malik olması onu deməyə əsas verir ki, “Vaqner”in yaradıcısı Kremldə müəyyən rəğbət qazana bilib.
Publika.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin hesabatında bildirilir.
İnstitutun ekspertləri deyirlər ki, Yevgeni Priqojin “dövlətlə əlaqəli Rusiyanın özəl hərbi birləşmələrinə etimadı sarsıtmaq üçün informasiya əməliyyatına başlayıb”.
Məlumatda deyilir ki, Priqojin “Potok” və “Aleksandr Nevski” bölmələrinin mövqelərinə baş çəkdiyini bildirib. Aprelin 24-də “Vaqner”in təsisçisi bu bölmələrin pis vəziyyətdə olmasını kəskin tənqid edib.
Priqojin sual edib ki, bu bölmələr “Vaqner”in cinahlarını bağlamalıdır və düzgün təchiz olunmasa, necə döyüşə bilər? Priqojin, həmçinin bu cür PMC-lərin çoxalmasına qarşı çıxıb ki, bu da yəqin ki, yeni strukturlara “Vaqner”in rəqibləri kimi baxdığını göstərir.
Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, Priqojinin bəyanatları onu göstərir ki, artıq “Vaqner”in Rusiya Müdafiə Nazirliyinə aid birliklər üzərində səlahiyyətləri var. Bu da onu deməyə əsas verir ki, Priqojin Kremldə müəyyən rəğbət qazanıb.
Aydan
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

