Dünya
Deputat "Ukraynada vətəndaş müharibəsi gedir" dedi, XİN rəhbəri qəzəbləndi
"Hazırda Ukraynada vətəndaş müharibəsi gedir".
Publika.az xəbər verir ki, Çexiyanın sağçı populist "Azadlıq və Birbaşa Demokratiya" partiyasının deputatı Jiri Kobza belə deyib.
O, bu barədə "CNN Prima News"da tok-şou zamanı danışıb. Lakin proqramda iştirak edən Çexiya diplomatiyasının rəhbəri Yan Lipavski onun bu sözlərinə qəzəblənib, "vətəndaş müharibəsi yoxdur, bu, tamamilə yalandır" deyib.
J.Kobza isə israrla fikirlərini müdafiə etməyə davam edib:" Xeyr, vətəndaş müharibəsi hələ də davam edir. Hansı ki, bu, Rusiya-Ukrayna müharibəsindən daha təhlükəli, müharibənin isə ən pis formasıdır".
"Bu, əvvəldən Rusiya imperiyasının təcavüzüdür. Onlar saxta dövlətlər yaradıblar. Siz rus rəvayətlərinə qarışırsınız və bu, üzücüdür", - Lipavski daha sonra etiraz edib.
Şouda, həmçinin Ukraynanın Avropa Birliyinə mümkün qəbulu müzakirə olunub. Qoşulma prosesinin özünə gəlincə, Lipavski bildirib ki, İttifaqın bütün dövlətlərini razı sala bilsə, bu məsələ 2023-cü ildə həllini tapa bilər.
Ayşən
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...






























.jpg)
.jpg)

