Dünya
Onlar üçün yeni qəsəbə salınır
Hindistan ilk iqlim koloniyasını quracaq.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Hindistanın Odişa ştatının hökuməti iqlim dəyişikliyindən zərər çəkmiş insanların köçürülməsi üçün ölkədə ilk koloniya tikmək niyyətindədir. Sahil eroziyası və iqlim dəyişikliyi səbəbindən köçməyə məcbur olan Kendrapada rayonunun Satabhaya kəndinin sakinləri üçün hazırda belə bir qəsəbə salınır.
Bildirilib ki, Baqapatiya koloniyasının inkişafının birinci mərhələsi üçün 225 milyon rupi (2,7 milyon dollar) ayırılıb.
“Vəsait köçürülən sakinlər üçün evlərin tikintisi, içməli su və elektrik enerjisinin çəkilməsi, yollar və digər obyektlərin çəkilməsi üçün ayrılacaq. Satabhaya kəndlilərinə kənd təsərrüfatı torpaqlarının da verilməsi planlaşdırılır”, - hökumətin bəyanatında deyilir.
Həmçinin, baş nazir ərazidə yerləşən məşhur Pənçubaraxı məbədinin infrastrukturunun yaxşılaşdırılması və abadlaşdırılması və əsas turizm məkanına çevrilməsi ilə bağlı Turizm Departamentinə tapşırıqlar verib.
Mehti Kamiloğlu
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO