Dünya
PKK və İŞİD arasında müharibə – FOTO/VİDEO
Kərkükün Tavuk nahiyəsində İŞİD-in işğal etdiyi üç kəndə səhər saatlarında PKK və peşmərgə qüvvələri tərəfindən hücumlar təşkil edilib.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, İŞİD-in (İraq Şam İslam Dövləti) PKK terror təşkilatının Suriya qolu olan YPG-nin bir çox üzvünü məhv edəndən sonra PKK İraq Kürd Regional Rəhbərliyinin (İKRR) silahlı qüvvələri (peşmərgə - red) ilə İraqda İŞİD-ə qarşı əks-hücuma keçib.
Toqquşmalarda toplardan və raketlərdən istifadə edildiyi xəbər verilir.
“Cihan” xəbər agentliyi isə peşmərgənin İŞİD-in nəzarətində olan Kərkük yaxınlığındakı dörd kəndi azad etdiyini bildirib. Agentlik xəbərində kəndlərin adlarını Xalid, Saad, Əlbonecim və Əbohəsən olaraq qeyd edib. Agentlik həmçinin toqquşmalardan dolayı Kərkük-Dakuk yolunun nəqliyyata bağlı olduğunu bildirib.
Mosul yaxınlığında da toqquşmalar intensiv şəkildə davam edir: “Doğan Xəbər Agentliyi”nin peşmərgənin açıqlamasını yayıb:
“Suriya sərhədindəki Mosulun Rəbiə bölgəsində peşmərgə qüvvələrimiz tərəfindən əməliyyat başladılıb. Nəticədə İŞİD-in nəzarətində olan 16 kənd azad edilib. Əməliyyata havadan dəstək verən koalisiya qüvvələri İŞİD istehkamlarını bombardman edib. Kəndlərdən Rəbiənin mərkəzi küçələrinə tərəf geri çəkilən İŞİD yaraqlıları top atəşinə tutulur”.
Agentliyin verdiyi xəbərə görə 33 ayrı nöqtədən başladılan əməliyyatnın Kobaniyə dəstək məqsədi ilə təşkil edildiyi bildirib.
“AFP” xəbər agentliyi isə kürd qüvvələrinin bu gün səhər saatlarında İraqda İŞİD-ə qarşı üç cəbhədə mübarizə apardığını bildirib. Agentlik yüksək rütbəli hərbi mənbələrə əsaslandırdığı xəbərində kürd qüvvələrinin şimalda Mosul, cənubda Kərkük və qərbdə Rəbiə şəhərlərində İŞİD-ə qarşı mübarizə apardığını deyib.
Vüsal Tağı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var