Dünya
Şagirdlər müəllimlərin müdafiəsinə qalxdı, polis gözyaşardıcı qazdan istifadə etdi - Video
Budapeştdə mitinqdə polis gözyaşardıcı qazdan istifadə edib. Mitinqdə şagirdlər müəllimlərin dövlət qulluqçusu statusunun ləğv edilməsinə etiraz ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" yazır.
Müəllimlərin hüquqlarını müdafiə edən şagirdlər daha sonra baş nazir Viktor Orbanın ofisinə yürüş ediblər.
Polislə toqquşduqdan sonra onlar yaxınlıqdakı tikinti sahəsinin elementlərini söküblər. Gənclərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, qarşıqlıq düşüb.
Aksiya iştirakçıları etirazları davam etdirəcəklərinə söz veriblər. Qeyd edək ki, 5 minə yaxın müəllim “Status qanunu” adlanan qanun qüvvəyə minərsə, bu peşəni tərk edəcəklərini bildiriblər.
Ayşən
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor































