Mask xəbər verdi: Artıq "Tvitter"də də zəngləşə biləcəksiniz
Bizi izləyin

Dünya

Mask xəbər verdi: Artıq "Tvitter"də də zəngləşə biləcəksiniz

"Tvitter" sosial şəbəkəsi tezliklə video və audio zənglər funksiyasını əlavə edəcək.

Publika.az xəbər verir ki, Mask, şəxsi mesajların tam şifrələməsi funksiyasını əlavə ediləcəyini də bildirib.

Mask öz hesabında yazıb: “Bu platformada hər kəslə hesabınızdan səsli və video söhbət tezliklə əlçatan olacaq, beləliklə siz dünyanın istənilən yerindəki insanlarla telefon nömrənizi vermədən söhbət edə bilərsiniz”.

Qeyd edək ki, "Tvitter Inc." 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesaj mübadiləsi üçün sosial şəbəkədir. Qərargahı San Fransiskoda, Kaliforniyada yerləşir.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm