Dünya
Görünməmiş dələduzluq: Polis sərxoş sürücünün maşınını satdı
Rusiyalı yol polisi sərxoş sürücülərin sayəsində varlanıb.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin (YaNAO) Noyabrsk şəhərində müstəntiqlər iki sərxoş sürücüdən avtomobili "su qiyməti"nə alıb, bazar qiymətinə satan yol polisini cinayət məsuliyyətinə cəlb ediblər.
Yol polisi müfəttişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur: dələduzluq, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
İstintaqın məlumatına görə, 2021 və 2022-ci illərdə bir polis sərxoş halda avtomobil idarə edən iki sürücünü yolda saxlayıb.
O, sürücülərə avtomobilləri ucuz qiymətə ona satacaqları halda cinayət məsuliyyətindən azad ediləcəklərinə söz verib. Sürücülər razılaşaraq, nəqliyyat vasitələrini yol polisinə 15 və 30 min rubla satıblar. Bunun ardınca isə polis həmin avtomobilləri bazar qiymətinə sataraq, xeyli qazanc əldə edib..
Daha sonra həmin sürücülərdən biri sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, məhkum edilib, ikincisi isə sərxoş vəziyyətdə yol polisinin müşayiəti ilə şəhər ətrafında hərəkətini davam etdirib.
Onlar polisə rüşvət verdiklərinə görə, məsuliyyətə cəlb olunublar.
Mehti Kamiloğlu
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO



































