Dünya
Qızı ilə birlikdə pəncərədən yıxılan müğənni öldü - MÜƏMMA
Müğənni Yelizaveta Kuturova müəmmalı şəkildə ölüb. “Rosiçi” musiqi qrupunun keçmiş solisti beş yaşlı qızı ilə birlikdə 10-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "Capital C" yazır.
Bildirilir ki, faciə Saranskda baş verib. Əvvəlcə qız, sonra isə 34 yaşlı müğənni pəncərədən düşüb. Kuturova yerindəcə keçinib, uşaq isə sağ qalıb və hazırda reanimasiyadadır.
Maraqlıdır ki, müğənni hadisə baş verməmişdən əvvəl sosial şəbəkədəki hesabını silib. Hazırda hadisənin bədbəxt hadisə olub-olmaması araşdırılır.
Qeyd edək ki, Kuturova evli olub. Həyat yoldaşı isə faciə zamanı Moskvada olub. Onun yaxın rəfiqələri deyib ki, davranış və rəftarında da heç bir qəribəliklər sezilməyib. Müğənninin qayınatası isə gəlininin spirtli içkidən normadan çox qəbul etmədiyini, ailənin mehriban olduğunu, ümumiyyətlə, bu hadisəyə səbəb olacaq hər hansısa bir nüansın olmadığını deyib.
Aydan

-
Magazin206:16Xanımına tərəf müqabili ilə xəyanət edib? - İDDİA
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO

































