ABŞ
Trampdan gözlənilməz etiraf
ABŞ Prezidenti Donald Tramp Fransanı sevdiyini bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə Fransanın LCI telekanalının jurnalisti ilə söhbəti zamanı bildirib.
Media nümayəndəsi Amerika liderinə İranla bağlı iclas keçirilən vaxt zəng edib. Ağ Ev rəhbəri zəngə cavab versə də, hazırda danışa bilməyəcəyini qeyd edib.
"Mən hazırda müşavirədəyəm, birbaşa İran məsələsi ilə məşğul oluram, ona görə də indi sizinlə danışa bilmərəm. Amma bizdə hər şey çox yaxşıdır və mən Fransanı sevirəm", — deyə Tramp bildirib.
Aprelin 2-də Tramp yenidən Fransa Prezidenti Emmanuel Makrona "sataşıb". Bu dəfə o, həmkarının həyat yoldaşı Bricitlə münasibətlərinə toxunub. Amerika lideri iddia edib ki, Fransa prezidenti "hələ də həyat yoldaşından aldığı çənə zərbəsindən sonra özünə gəlməyə çalışır".
Daha sonra Makron Trampın onun ailə həyatı barədə şərhlərini "münasib olmayan" adlandırıb. Fransa rəhbəri amerikalı həmkarının sözlərinin "nə nəzakətli, nə də layiqli" olduğunu vurğulayıb.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
