ABŞ
Tramp İrana qarşı əməliyyatı başa çatdırdı - ŞOK İDDİA
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını iddia edir.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" Amerika liderinə istinadla məlumat yayıb.
Bundan əvvəl Tramp ABŞ və İran arasında danışıqların növbəti raundu barədə danışıb. Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar və İran arasında danışıqların yeni mərhələsi yaxın iki gün ərzində - aprelin 15-i və 16-da baş tuta bilər.
Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İslam Respublikası arasında Hörmüz boğazının blokadadan çıxarılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələlərinin müzakirə edildiyi danışıqlar keçirilib.
Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Ştatlar öz "qırmızı xətlərini" dəqiq müəyyən edib, lakin Tehran Vaşinqtonun şərtləri ilə razılaşmayıb.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
