Dünya
Almaniya Gürcüstanın Aİ-yə üzv olmasını dəstəkləyir
Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edilib.
Publika.az xəbər verir ki, sənəd 76 səhifədən ibarətdir.
Strategiyada bildirilir ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi ölkənin sülh və azadlıq şəraitində yaşamağa davam etməsini təmin etməkdir.
"Bunun üçün biz NATO və Avropa İttifaqına sarsılmaz sadiqik və Bundesveri gücləndiririk ki, o, ölkəni və ittifaqı qorumaq olan əsas missiyasını yerinə yetirə bilsin", - sənəddə qeyd olunur.
Sənəddə, həmçinin Avropa İttifaqının genişlənməsindən və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın üzvlüyündən bəhs edilir.
“Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Avropa İttifaqının gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin edən geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, - sənəddə deyilir.
Strategiyada o da vurğulanır ki, Aİ-nin genişlənməsinə hazırlaşmaq üçün təşkilat daxilində islahatlar aparmaq lazımdır.
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz