Dünya
Yaponiya müdafiə büdcəsini ARTIRIR
Yaponiya parlamenti Baş nazir Fumio Kisidanın ölkənin hərbi qüdrətinin artırılması təşəbbüsünü dəstəkləyən müdafiə xərclərinin artırılması üçün xüsusi fondun yaradılması haqqında qanunu qəbul edib.
Publika.az “Japan Today”ə istinadən xəbər verir ki, müxalifət partiyalarının ona mane olmaq cəhdlərinə baxmayaraq, qanun layihəsi Şura Palatası tərəfindən təsdiqlənib.
Yeni qanun Baş nazir Fumio Kisidanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2027-ci maliyyə ili ərzində 300 milyard dollardan çox vəsait ayırmaq planının tərkib hissəsidir. Plana əsasən, hökumət lazımi maliyyələşməni dövlət aktivlərinin satışı və ya bəzi xüsusi dövlət büdcəsi hesablarında artıq vəsaitlərin istifadəsi hesabına təmin edəcək.
Qeyd edək ki, bu gün Yaponiyanın müdafiə büdcəsi ÜDM-in təxminən 1 faizi ilə məhdudlaşır, lakin xərclərin 2027-ci maliyyə ilinə qədər 2 faizə yüksələcəyi ehtimal edilir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




















.jpg)











