Dünya
Avropada makaron alışı dayandırıldı, Fransa hökuməti şirkətləri hədələdi
İtaliya sakinləri qiymətlərin davamlı artması səbəbindən avropalıları “makaron tətili”nə çağırıblar.
Publika.az xəbər verir ki, onlar bu məhsulu almağı dayandırmağı, mətbəxlərində özləri makaron hazırlamağa başlamağı planlaşdırırlar.
Fransada da sakinlər də bu vəziyyətdən narazıdırlar. Rəsmi Paris istehsalçılara xərclərin aşağı salınmayacağı təqdirdə makaron fabriklərinə qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, buğdanın dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, Avropada makaron qiymətləri artmaqda davam edir. İndiyə qədər makaronun qiyməti iki dəfə artıb. Analitiklərin fikrincə, yerli əhalinin makaron məhsullarının əsas istehlakçısı olduğu İtaliyada (ölkədə adambaşına ildə təxminən 23 kiloqram makaron istehlak olunur) may ayında qiymətlər bir il əvvəllə müqayisədə 14% baha olub. Böyük Britaniyada qiymətlər illik 27,6%, Almaniyada 21,8%, Fransada isə 21,4% artıb.
Hazırda Avropa vətəndaşları bu məhsulu almaqdan imtina edirlər.
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?

































