Dünya
Dünyada 296 milyon narkoman var
Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb. 2011-ci ildə bu rəqəm 240 milyon nəfər təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb.
Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.
Narkomanların sayının artması dünya əhalisinin qismən artımı ilə izah olunsa da, əsas amil ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.
Hesabatda bildirilib ki, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. Bununla belə, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı